Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dəyərləri itirdi

0

  •          Mixail Qorbaçovun keçmiş SSRİ Mərkəzi Komitəsinin
    rəhbərliyinə gəlişindən sonra “yenidən qurma” adı altında siyasi proseslərə
    start verildi. 1985-ci ildə başlanmış bu proses 1988-ci ildə artıq elə bir
    sonluğa gətirib çıxartdı ki, SSRİ adlı rus imperiyasının dağılmasını labüd
    etdi. Bunu da şərtləndirən əsas səbəblər
    SSRİ yaradılarkən bu birliyə daxil olan bütün xalqlara bərabər hüquq və
    azadlıqların veriləcəyi, ərazidə yaşayan insanlara xoşbəxt gələcəyin təmin ediləcəyi
    vədlərinin heç birinə əməl edilməməsi  və
    əksinə birliyə daxil olan xalqların istisnasız olaraq rus şovinizminin təsirinin
    altına salınması, düzgün olmayan iqtisadi, siyasi, beynəlxalq və hərbi siyasətin
    aparılması nəticəsində SSRİ-nin digər dövlətlərlə müqaisədə inkişaf səviyyəsinin
    olduqca aşağı səviyyədə olması idi.

       20
    Yanvar faciəsi xalqımıza qarşı göstərilən ədalətsiz, insanlıqdan kənar, qərəzli,
    amansız münasibətin nəticəsi kimi qiymətləndirilməlidir. Xalqımız rus
    imperiyasının təsiri altında yaşadığı dövrdə çoxsaylı ədalətsizliklərlə üzləşməli
    olub. Tarixi torpaqlarımız parçalanmaya məruz qalıb, xalqımız insanlıq əleyhinə
    cinayətlərlə üzləşərək daimi yaşayış yerlərini tərk etməli olub, həqiqi
    tariximiz saxtalaşdırılıb, xalqımız üçün saxta tarix yazılıb, xalqımızın qəhrəman
    oğulları düşmən obrazında, milli satqınlar isə qəhrəman cildində millətimizə təqdim
    edilib.

       20
    Yanvar faciəsini də xalqımıza qarşı aparılan mənfur siyasətin tərkib hissəsi
    olaraq dəyərləndirməyimiz  məncə daha
    doğru  olardı! Keçmiş SSRİ-ni idarə edən heyətin
    tərkibinə bələd olan hər kəs bilir ki, bu tərkibdə daima erməni millətinin
    nümayəndələri olub və onlardan xalqımıza qarşı 
    maşa kimi istifadə edilib. SSRİ Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun
    da ətrafında erməni daşnak tör-töküntüləri çoxluq təşkil edirdi. Bunlardan biri
    də M.Qorbaçovun köməkçisi akademik  Aqanbekyan idi və 1980-ci ilin sonlarında
    Fransada səfərdə olarkən “Humanite” jurnalına müsahibəsində Azərbaycanın
    ayrılmaz tərkib hissəsi olan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana
    birləşdirilməsinin ilk dəfə səsləndirmiş və bunu iqtisadi cəhətdən əsaslandırmağa
    çalışmışdı. Bundan az bir müddət keçdikdən sonra Ermənistanda və keçmiş Dağlıq
    Qarabağ ərazisində ermənilərin etiraz nümaişləri başlandı. Keçmiş SSRİ rəhbərliyi
    erməniləri cəzalandırmaq əvəzinə, əksinə proseslərin dərinləşməsi, milli ədavətin
    qızışdırılması yolunu tutdu. Keçmiş SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi bu işdə
    xüsusi fəaliyyət göstərdi, Xankəndində keçirilən ilk etiraz mitinqlərini,
    Sumqayıt və 1990-cı ilin 20 Yanvar öncəsi Bakıda bir neçə ermənilərin qətlə
    yetirilməsini süni şəkildə onlar təşkil etdilər ki, əllərinə bəhanə keçirib
    xalqımıza qarşı bu vandal aktını törədə bilsinlər.

       20 Yanvar faciəsindən öncə də Alma – Ata-da,
    Tiflisdə və Volnusda  silah yolu ilə
    keçmiş SSRİ rəhbərliyi etirazları yatırmışdı. Lakin onların heç birində Azərbaycanda
    olduğu kimi qəddarlıq nümaiş etdirməmişdilər.

       Yanvar ayının 19-da artıq bütün hazırlıq işləri
    başa çatdırıldı. Emisarlar və milli satqınlar məhz həmin gecə xalqın axın-axın
    meydanlara, küçələrə çıxmasını təmin etdilər. Faciənin baş verəcəyi haqqında əvvəlcədən
    məlumatı olan xəyanətkar rəhbərlər xalqı xəbərdar etmədilər. Həmin gün
    telestudiyanın enerji bloku partladıldı. Fövqəladə vəziyyət rejimi haqqında
    Sov.İKP MK-nın Baş katibi M.S.Qorbaçovun fərmanı isə qırğından sonra elan
    edildi. Bütün bunlar təsadüf yox, mənfur bir planın dəqiq hazırlanmış ssenarisi
    əsasında baş tutdu.

      Yanvar ayının 19-dan 20-nə keçən gecə rus-erməni
    ordu birləşmələri imperiya hərb maşınının ən yüksək texnika ilə təchiz olunmuş
    halda Bakıya daxil oldular və amansız qırğın törətdilər. Artıq faciə ilə üzbəüz
    dayandığını başa düşən Azərbaycan xalqı geri çəkilmədi. Bu da bəşər tarixində
    yeni bir qəhrəmanlıq nümunəsi oldu. Bakıda və respublikanın rayonlarında 147 nəfər
    qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər isə həbs olundu. Bu, sözün əsl
    mənasında, öz hüquqları və azadlığı uğrunda ayağa qalxan xalqın inam və iradəsini
    sıradan çıxarmaq və Sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata
    keçirilmiş qanlı cinayət idi.

      Böyük bir imperiyanın güc nazirliklərini təmsiledən
    generalların Bakıda oturub bilavasitə rəhbərlik etdikləri 20 yanvar əməliyyatı
    barbar bir qırğınla sona çatdı. Ancaq nə bu cəza, nə də ondan sonrakı müsibətlər
    Azərbaycan xalqının iradəsini qıra bilmədi. Azadlıq uğrunda - müstəqillik
    yolunda dönmədən mübarizə aparan xalqımız sonunda öz məqsədinə nail oldu.

        Nəzərə alsaq ki, Bakıya göndərilən ordunun tərkibinə
    Rostov və Krasnodar vilayətlərindən erməni daşnaklarının  cəlb edilməsi faktı onu təsdiq edir ki,
    Bakıda planlaşdırılan qətliam qəddarlığı 
    ilə daha amansız olmalı və Azərbaycan xalqına göz dağı verilməli idi.
    Belə də oldu. Rus imperiyası 20 Yanvar faciəsini törətməklə öz mahiyyətini
    ortaya qoymuş oldu.  20 Yanvar
    imperiya  üçün heç bir mənəvi və insani dəyərin
    olmadığını təsdiq etdi. 

       20 Yanvara birmənalı qiymət vermək məncə yanlış
    olardı. Xalqımıza qarşı törədilmiş qətliamı faciə idisə, digər tərəfdən
    xalqımızın qəhrəmanlıq salnaməsidir və gələcək nəsillərimiz üçün örnək nümunəsidir.

     Vahid Əliyev,

    YAP Xocalı rayon təşkilatının
    sədri
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib90 dəfə
    20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi sosial dəyərləri itirdi

    Maraqlı gələ bilər
    37